Dünya

Çində ötən sutka ərzində 5 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

6 İyun 2020 08:32
Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində ötən sutka ərzində 5 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni yoluxma halı Quandun əyalətində, xaricdən qayıtmış vətəndaşlarda qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 2 nəfərdə simptomsuz koronavirus aşkarlanıb, onlar da xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 030 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.