Dünya

“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını bloklayıb

6 İyun 2020 08:02
Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Twitter" sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın seçkiöncəsi qərargahının etiraz aksiyaları ilə bağlı paylaşdığı videonu müəllif hüquqlarının pozulmasını əsas gətirərək bloklayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, @TeamTrump hesabında videonun yerinə müəllif hüququ sahibinin sorğusu əsasında yazının silinməsi barədə xəbərdarlıq yerləşdirilib.

Bununla belə, video hələ də qərargahın "YouTube", "Facebook" və "Instagram"dakı hesablarında qalıb. Paylaşılmış görüntülərdə polisin əlində ölən afroamerikalı Corc Floydun portretləri və dinc etiraz nümayişləri yer alır.

Vəkil Sem Kulak "Associated Press" agentliyinə bildirib ki, Tramp qərargahının tvitinə qarşı şikayəti o edib. Eyni zamanda, vəkil hansı müəllif hüququnun adından şikayət edildiyini deməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.