Dünya

İranda koronavirusa yoluxanların sayı artır

6 İyun 2020 08:18
Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda koronavirusa yoluxanların sayı artmaqda davam edir. Artıq bir neçə gündür yoluxanların sayı 2 mindən çox olur. Son sutka ərzində İranda 2886 nəfər koronavirusa yoluxub, 63 nəfər isə həyatını itirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib.

O bildirib ki, bu günədək İranda 167 min 256 nəfər virusa yoluxub, 8134 nəfər ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 129 min 741 nəfər sağalaraq evə buraxılıb. Hazırda intensiv terapiya şöbəsində müalicə alan 2573 nəfərin vəziyyəti ağır olaraq qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.