Dünya

BMT-nin baş katibi irqçiliyə qarşı etiraz aksiyasının iştirakçılarını dəstəkləyib

6 İyun 2020 08:08
Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrqçiliklə mübarizə BMT-nin fəaliyyətinin əsasını təşkil edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu öz "Twitter" səhifəsində BMT-nin baş katibi Antoniu Quterreş yazıb.

A.Quterreş bildirib: "İrqçiliklə mübarizə BMT-nin fəaliyyətinin əsasını təşkil edir. Lakin irqçilik hər yerdə varsa, Birləşmiş Millətlər Təşkilatında mövcuddur".

Onun sözlərinə görə, ötən gün BMT-nin əməkdaşları irqçiliyin qurbanları ilə həmrəyliklərini ifadə etmək üçün bir araya gəliblər: "Biz şüurlu, dürüst və hərəkət etməyə hazır vəziyyətdə irəliləməliyik".

Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.