Dünya

ABŞ-da etirazlarla əlaqədar 33 ştata Milli Qvardiyanın 41,5 min hərbçisi cəlb edilib

6 İyun 2020 08:23
Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın 33 ştatında kütləvi etiraz aksiyaları ilə əlaqədar asayişi qorumaq üçün səfərbər edilmiş Milli Qvardiya hərbçilərinin sayı 41,5 minə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "CNN" telekanalı məlumat verir.

Telekanalın məlumatına əsasən, onlardan 5,1 mini Vaşinqtonun Kolumbiya dairəsində asayişi qorumağa cəlb ediliblər.

Bildirilir ki, ötən gün 32 ştatda və Kolumbiya dairəsində asayişi qorumağa cəlb edilən Milli Qvardiya hərbçilərinin sayı 32,4 min təşkil edirdi.

Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.