Dünya

Türkiyədə daha 18 nəfər koronavirusdan dünyasını dəyişib

5 İyun 2020 20:51
Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir deyib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 648 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 930 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 168 340 nəfərə çatıb.

Nazir əlavə edib ki, bu gün daha 1622 xəstə sağalaraq evə buraxılıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.