Dünya

Dəhşətli qətl: qadın qonşusunu evinə çağırıb, qızının gözü önündə baltaladı - FOTO

5 İyun 2020 21:59
Baxış: 3 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada 45 yaşlı qadın evinə spirtli içmək üçün çağırdığı 60 yaşlı kişini baltalayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Natalya adlı qadın 60 yaşlı qonşusu Vasili ilə mübahisə etdikdən sonra onu bir neçə dəfə bıçaqlayıb və balta ilə parçalayıb.

Cinayəti törətdikdən sonra qadın əlində siqaret və qəhvə fincanı ilə polisin gəlməsini gözləyib.

Hadisə barədə polisə o, özü xəbər verib.

Məlum olub ki, Natalya və Vasili həddən çox spirtli içki qəbulundan sonra mübahisə ediblər və aralarındakı anlaşılmazlıq tezliklə davaya çevrilib. Bu zaman Natalya mətbəxdən bıçaq götürərək, kişiyə hücum edib, sonra isə onun bədənini balta ilə parçalayıb. Qadın qurbanının qışqırmaması üçün onun ağzını çörəklə doldurub.

Natalya dəhşətli qətli 16 yaşlı qızının gözü qarşısında törədib.

Polis onun evinin həyətindən ölən kişinin cəsədinin parçalarını, bıçaq və balta tapıb.

Günahı sübut olunarsa, qadını 15 il müddətinə həbs cəzası gözləyir.

Qonşuları Natalyanın spirtli içkiyə qurşanmadan əvvəl çox əxlaqlı qadın olduğunu deyiblər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.