Dünya

Hollandiya 12 Aİ ölkəsi ilə sərhədləri açır

5 İyun 2020 21:27
Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollandiya COVID-19 epidemiyasının ən az yayıldığı 12 Avropa İttifaqı ölkəsindən turistlərin girişinə icazə verəcək.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Hollandiya hökumətinin internet saytında açıqlama verilib. Bildirilib ki, iyunun 15-dən etibarən Belçika, Bolqarıstan, Almaniya, Estoniya, İtaliya, Xorvatiya, Latviya, Litva, Lüksemburq, Portuqaliya, Sloveniya və Çexiyadan olan turistlərin ölkəyə girişinə icazə veriləcək.

"Sağlamlıq təhlükəsinin Hollandiya ilə müqayisədə oxşar olduğu və ya daha az olduğu ölkələrdən gələn turistlər bu yay ölkəyə girə bilərlər. Əlbətdə, Hollandiyada koronavirusun yayılmasının qarşısını almaq üçün onlar bütün qaydalara əməl etməlidirlər",- deyə açıqlamada qeyd olunub.

Həmçinin Hollandiya daxilində istirahət məkanlarına dair heç bir ərazi məhdudiyyətinin qoyulmayacağı açıqlanıb. Restoran, kafe, açıq istirahət zonaları, attraksionlar və muzeylərin turistlər üçün açıq olacağı bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.