Dünya

Bu ölkənin bütün aeroportlarında maskalardan istifadə edilməsi məcburi olacaq

5 İyun 2020 23:39
0 Şərh     Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka hökuməti iyunun 15-dən etibarən ölkənin bütün aeroportlarında maskalardan istifadə edilməsinin məcburi olması barədə qərar qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, koronavirusa qarşı mübarizə ilə bağlı geniş müzakirə edilən bu tədbir ilk dəfə Danimarkada tətbiq ediləcək.

Bu tələb Danimarkada aviasərnişinlər üçün aviasiya tənzimləyicisi, Nəqliyyat Nazirliyi və biznes nümayəndələri tərəfindən infeksion xəstəliklərə dair qəbul edilmiş yeni təlimatlar dəstinin tərkib hissəsidir.

Danimarka bu qərarı Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə əsasən qəbul edib. Nəqliyyat naziri Benni Engelbrext jurnalistlərə müsahibəsində bildirib ki, yeni qaydalar Danimarkaya və Danimarkadan uçuşların bərpa olunmasını asanlaşdıracaq. Nazir deyib: "Bu tədbir aviauçuşların tədricən bərpa olunacağına təminat verə bilər".

Qeyd edək ki, mütəxəssislərin hesablamalarına görə, Danimarkaya və Danimarkadan 2020-ci ilin sonuna qədər nəzərdə tutulan aviareyslərin yalnız 40 faizi yerinə yetiriləcək. Bu o deməkdir ki, 2022-ci ilə qədər mülki uçuşlar böhrandan əvvəlki səviyyəyə qayıda bilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.