Dünya

Slovakiya və Çexiya bəzi ölkələrlə sərhədləri açdı

5 İyun 2020 14:49
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Slovakiya bu gündən etibarən Macarıstan və Avstriya ilə sərhədləri açıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Slovakiya hökuməti qərar verib.

Bundan başqa, Çexiya hökuməti də Avstriya, Macarıstan və Almaniyaya məhdudiyyətsiz səfərləri bərpa edib.

Qeyd olunur ki, Çexiya vətəndaşları bu ölkələrə sağlamlıqla bağlı hər hansı bir sənəd təqdim etmədən səfər edə biləcək.

Xatırladaq ki, ötən gün Slovakiya ilə Çexiya arasında sərhədlər açılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.