Dünya

Böyük Britaniyada ictimai nəqliyyatda maska taxmaq məcburi olacaq

5 İyun 2020 14:54
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Nəqliyyat naziri Grant Şaps iyunun 15-dən etibarən ictimai nəqliyyatda maska taxmağın məcburi olacağını açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bildirib ki, qaydaları pozan sərnişinlər ictimai nəqliyyatdan endiriləcək və cəzalandırılacaqlar.

Nəqliyyat naziri bu müddətdə ictimai nəqliyyatdan istifadənin azalmasına baxmayaraq, işə velosipedlə gedənlərin sayının iki dəfə artdığını söyləyib.

Həmçinin G.Şaps velosiped istifadəsini artırmaq üçün insanlara velosiped təmirxanalarında istifadə edə biləcəkləri hədiyyə kuponlarının veriləcəyini və beləliklə, ictimai nəqliyyatdan daha az istifadəyə imkan yaranacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.