Dünya

73-cü Kann Festivalı: Rəsmi seçim üçün saxlanılan 56 filmin siyahısı açıqlandı

5 İyun 2020 13:43
0 Şərh     Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kann Festivalı baş tutmasa da, "kinoya yardım etmək" üçün rəsmi seçim keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kann Festivalının nümayəndəsi Tyeri Fremo 73-cü festivalın rəsmi seçimi üçün saxlanılan 56 filmin siyahısını açıqlayıb.

Bildirilib ki, bu uzunmetrajlı filmlər xüsusi hazırlanmış Kann etiketindən faydalanacaqlar.

Amerikalı rejissor Ves Anderson, fransalı Fransua Ozon və Mayven, ingilis Stev MkKvin və "Busana son qatar" filminin rejissoru, koreyalı Yeon Sang-honun filmləri siyahıda yer alıb.

Qeyd edək ki, mayın 12-də başlamalı olan 73-cü Kann Festivalı bu il COVID-19 pandemiyasına görə ləğv olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.