Dünya

Norveç iqlim problemlərinin BMT Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilməsinə çalışacaq

5 İyun 2020 13:26
0 Şərh     Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveç iqlim problemlərinin BMT Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilməsinə çalışacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, indi Krallıq təhlükəsizlik üçün iqlimlə bağlı risklərin Təhlükəsizlik Şurasında konkret ölkələr kontekstində müzakirə edilməsinə çalışacaq. Norveç istəyir ki, bu orqan iqlim dəyişmələrinin gündəlikdə məsələlərə, o cümlədən BMT-nin missiya və əməliyyatlarına təsirini mütəmadi qiymətləndirsin.

İqlim risklərini təcrid edilmiş şəkildə nəzərdən keçirmək olmaz. Onlar dünyada mövcud problemləri daha da gərginləşdirən amillərlə - hüquq bərabərliyinin olmaması, insan haqları sahəsində problemlərlə bağlıdır. Davamlı sülhə nail olmaq, münaqişələrin qarşısının alınması və sülhün bərqərar olması üçün insanlar iqlim dəyişmələrindən qorunmalı, inkişaf və iqlim dəyişmələri sahəsində fəaliyyət münaqişələrə daha həssas olmalıdır. BMT-nin əsas qurumları arasında əməkdaşlıq genişlənməli, iqlim və təhlükəsizlik məsələlərinin həllinə görə həm əlaqələndirici rezidentlərin, həm də BMT missiyalarının rəhbərlərinin məsuliyyəti təsbit olunmalıdır.

Məhz bu səbəbdən Norveç Təhlükəsizlik Şurasına seçiləcəyi halda iqlim riskləri ilə bağlı əsaslandırılmış təhlil və proqnozlar hazırlanmasında müvafiq subyektlərlə əməkdaşlıq təmin ediləcək, bir sıra təhlükələrin qabaqcadan proqnozlaşdırılması üzrə fəaliyyətlə bağlı tövsiyə sistemləri yaradılacaq.

Norveç hökumətində belə hesab edirlər ki, Təhlükəsizlik Şurasının üzvləri olan dövlətlər, katiblik, BMT missiyaları və əməliyyatlarının rəhbərləri iqlim risklərinin və münaqişələrin qarşısının alınması ilə bağlı bütün tədbirlərdə onların təsirini nəzərə almalıdır.

Norveç hökuməti bəyan edib ki, o, təhlükəsizlik üçün risklər barədə baş katibin iki illik proqnoz məruzəsini dəstəkləyir və baş katibin iqlim və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsini təyin etməyə çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.