Dünya

İspaniya koronavirus dərmanlarını klinik sınaqdan keçirən üçüncü ölkədir

5 İyun 2020 20:42
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya dünyada koronavirusa qarşı dərmanları xəstələr üzərində klinik sınaqdan keçirən üçüncü ölkədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda İspaniyada SARS-CoV-2 virusuna qarşı effektli nəticələr göstərmiş preparatlar Böyük Britaniyadan sonra xəstələr üzərində klinik sınaqdan keçirilir.

Dünyada artıq 300 min nəfərin iştirak etdiyi 556 klinik sınaqların aparılmasına başlanıb. İspaniyaya gəldikdə isə, burada 76 sınaq prosesinə 25 min 227 pasiyent cəlb olunacaq. İspaniyanın əczaçılıq şirkətləri xəstələri, həmçinin koronavirusun yayılma səviyyəsinin daha yüksək olduğu Braziliya, Rusiya, ABŞ kimi ölkələrdə cəlb etməyi nəzərdə tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.