Dünya

Macarıstan infeksiyanın yayılmasının qarşısını necə alır?

5 İyun 2020 20:12
0 Şərh     Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstanda koronavirusa yoluxanların sayı hər milyon nəfərə nisbətdə 368 nəfər təşkil edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Macarıstan Milli Səhiyyə Mərkəzinin başçısı Sitsiliya Müller məlumat verib. Onun sözlərinə görə, bu rəqəm ictimai kontekst baxımından ümidverici amildir. Lakin paytaxt Budapeşt hələ də ölkənin ən gərgin virus ocağı olaraq qalmaqdadır. Burda hər milyon insana nisbətdə 976 yoluxma faktı qeydə alınıb.

Son günlər bir sıra Avropa ölkələri koronavirusun yayılmasına qarşı Macarıstanın mübarizə metoduna maraq göstərir. Macarıstanda Azərbaycanla eyni sayda koronavirusa yoluxanların olmasını nəzərə alsaq, bu cəhətdən Azərbaycanın təcrübəsinə müraciət etmək daha məqsədəuyğun olardı. Qeyd edək ki, yoluxanların sayının eyni olmasına baxmayaraq, Azərbaycanda Macarıstana nisbətən 8 dəfə az ölüm halı qeydə alınıb. Bu da orta hesabla hər milyon nəfərə nisbətdə Macarıstanda 55, Azərbaycanda isə 7 ölüm hadisəsi deməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.