Dünya

Vaşinqton meri Milli Qvardiyanın geri çəkilməsini tələb edib

5 İyun 2020 09:52
0 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton meri Myuriel Bouzer ABŞ-ın digər bölgələrindən gələn Milli Qvardiya kontingentinin şəhərdən çəkilməsini tələb edib.

Milli.Az APA-ya istinadən bildirir ki, mer mətbuat konfransında paytaxta gətirilən hərbçilərin şəhərdən çıxarılması istəyində olduğunu bildirib.  

Onun sözlərinə görə, Vaşinqton hakimiyyəti şəhərdə ictimai qaydanı təmin etmək üçün əlavə qüvvələr tələb etməyib. O, əlavə edib ki, başqa bölgələrdən əlavə hərbi kontingentin gətirilməsi barədə qərarın Federal hakimiyyət tərəfindən deyil, məhz şəhər səviyyəsində verildiyini söyləyib.

Xatırladaq ki, mayın 25-də afrroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsi kütləvi iğtişaşlara səbəb olmuşdu. ABŞ rəhbərliyi Milli Qvardiya qüvvələrinin etiraz aksiyalarının yatırılmasına cəlb edilməsi haqda göstəriş vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.