Dünya

Çilidə koronavirusdan ölüm halları rekord həddə çatıb

4 İyun 2020 22:23
Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latın Amerikasında koronavirusa yoluxma halları ən yüksək olan Çili rəsmiləri son bir gündə virusdan 87 nəfərin öldüyünü təsdiqləyib. Bu, iki aydan çoxdur ölkədə virus yayılmağa başlayandan bəri ən yüksək göstəricidir.

Çilidə koronavirusa yoluxma hallarının artması ölkənin səhiyyə sistemini alt-üst edib.

Yoluxma və ölüm hallarının artması rəsmiləri Santyaqoda dördüncü həftədir karantin müddətini uzatmağa məcbur edib.

Bu günə qədər Çilidə COVID-19-a 113 mindən çox yoluxma, 1200-dən çox ölüm halı qeydə alınıb.

Çili, Braziliya, Kolumbiya, Peru, Meksika, Haiti, Argentina və Boliviya Latın Amerikası ölkələri arasında vurusn ən çox yoluxma halı olan ölkələrdir.

Ümumdünya Səhiyyə Təşkilatının icraçı direktoru, doktor Maykl Rayan bu həftənin əvvəlində jurnalistlərə açıqlamasında Mərkəzi və Cənubi Amerikanın koronavirusun intensiv yoluxma zonasına çevrildiyini deyib.

Doktor Rayan həmin bölgələrdə yoluxmanın hələ zirvə nöqtəsinə çatdığına inanmadığını və zirvənin nə vaxt olacağını təxmin edə bilmədiyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.