Dünya

Corc Floydun xatirəsi anılır

4 İyun 2020 22:19
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cümə axşamı insanlar ABŞ-ın Minneapolis şəhərində polis nəzarətə aldıqdan sonra ölən və bir həftədən çoxdur ədalət və ədliyyə sistemində islahatlar tələbinə səbəb olan Corc Floydun üç gün keçiriləcək anım mərasiminin ilk gününə toplaşıb.

Cümə axşamı ailə və dostları üçün özəl mərasimi vətəndaş haqları lideri Al Şarpton aparıb.

"Hüquq-mühafizə orqanları tərəfindən əsassız olaraq öldürülənlərin və ikili standartlar - fanatizm və irqçilik səbəbi ilə öldürülənlərin uzun bir siyahısını xatırlayırıq. Sevdiklərimizi, onların kim ola biləcəyini düşünürük. Onların verə biləcəyi töhfələr barədə düşünürük və bundan sonra ayağa qalxıb ədalət istəyirik" - deyə, Al Şarpton bildirib.

İkinci mərasim şənbə günü Floydun anadan olduğu Şimali Korolina ştatında, bazar ertəsi isə həyatının çox hissəsini keçirdiyi Hyustonda ictimai və özəl mərasimlər planlaşdırılıb.

Etirazçılar Floydun ölümü ilə əlaqədar daha üç polis zabitin cəzalandırılması ilə bağlı Minnesota ştatı prokurorlarının addımlarını alqışlayıb. Çərşənbə günü gecə keçirilən nümayişlər daha dinc olub.

Vaşinqton şəhərində minlərlə insan Milli Qvardiya qoşunları, polis və Federal Agentliyin şəxsi heyətinin dayandığı Ağ Ev və Kapitolinin qarşısından keçərək, Pensilvaniya xiyabanına doğru gedib.

Vaşinqton şəhərinin meri Müriel Bouzer şəhərdəki komendant saatının vaxtını axşam 7-dən gecə 11-ə keçirib.

Detroytun polis rəisi gecə komendant saatı qüvvəyə mindikdən sonra belə dinc nümayişçilərin hərəkətinə mane olunmayacağını bildirib.

Siyetl meri Cenni Durkan isə şənbə gününə qədər davam etməli olan komendant saatını tamamilə ləğv edib.

San-Fransisco şəhərinin meri London Brid və Los-Ancelesin meri Erik Qarsetti komendant saatına cümə axşamı son qoymağı planlaşdırdığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.