Dünya

"Gizli daşıyıcılar" koronanın ikinci dalğasını başlada bilər

5 İyun 2020 07:07
1 Şərh     Baxış: 1 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lüksemburq əhalisi arasında COVİD-19 xəstəliyinin yayılmasının və dinamikasının qiymətləndirilməsinə yönəlmiş milli araşdırma layihəsinin (CON-VINCE) tədqiqatçıları ölkədə epidemiyanın 2-ci dalğasından yayınmaq məqsədilə əhali arasında test aparıblar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, yeni testin iştirakçıları əsasən CON-VINCE-nin aprelin ortalarından mayın 2-dək apardığı ilk testə iştirak edənlərdir.

Tədqiqatların nəticəsində məlum olub ki, 402 nəfər epidemiyaya yoluxsa da, heç bir əlamət və ya səhhətləri ilə bağlı narahatlıq hiss etməyiblər. Asimptomatik olan bu insanlarda aparılan seroloji testlərin nəticəsində qanlarında antikorlar aşkarlanıb.

Tədqiqatçılar bildiriblər ki, virusa qarşı antikorların artması heç də koronavirusa qarşı qəti immunitet yarandığını göstərmir. Ancaq "gizli daşıyıcılar" adlanan insanların mövcudluğu infeksiyanın yeni dalğasının başlanmasına potensial mənbə ola bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.