Dünya

Koronavirusun yayılmasının yavaşlama səbəbi tapıldı

5 İyun 2020 07:00
0 Şərh     Baxış: 4 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ alimləri apardıqları araşdırmada ultrabənövşəyi şüaların koronavirusun artım sürətini azaltdığını ortaya qoyub. Tədqiqatın nəticələri göstərib ki, həmçinin havadakı rütubət və yağıntı epidemioloji vəziyyətə ciddi təsir göstərməyib.

Milli.Az xəbər verir ki, tədqiqatçılar ABŞ-da yanvar ayının sonu ilə aprelin sonu arasında gündəlik yeni tip koronavirus hadisələri və bu rəqəmlərin hava temperaturu, yağış, eynilə ultrabənövşəyi şüalarla mümkün əlaqəsini təhlil edib.

"Science Daily"nin yazdığına görə, tədqiqat nəticəsində COVID-19-un yayılmasının hava temperaturunun 11 dərəcəyə qədər artması ilə həqiqətən azaldığı məlum olub. Lakin istiliyin hətta çox isti temperaturda davam edən koronavirusun yayılmasını təyin edən amil olmadığı vurğulanıb.

Əldə edilən məlumatlara əsasən, araşdırma qrupunun rəhbəri Şiv T. Sehra yayda infeksiyanın yayılmasının tamamilə dayanmayacağını bildirib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.