Dünya

İranda daha 59 nәfәr koronavirusdan ölüb

4 İyun 2020 16:09
Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötәn sutka әrzindә daha 59 nәfәr koronavirusdan (COVID-19) ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 8 071 nәfәrә yüksәlib.
O әlavә edib ki, ötәn 24 saat әrzindә daha 3 574 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 164 270 nәfәrә çatıb. Virus daşıyıcılarından 2 569 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi indiyәdәk 127 485 nәfәrin koronavirusdan sağaldığını deyib.

İranda indiyәdәk 1 milyondan çox diaqnoz testi hәyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.