Dünya

Bu ölkə iyulun 1-dən turistləri qəbul edə bilər

4 İyun 2020 13:09
Baxış: 1 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İspaniya iyulun 1-dən etibarən turistləri qəbul edə bilər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İspaniyanın nəqliyyat naziri Xose Luis Abalo deyib.

Nazir bildirib ki, pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması templəri turizmin iyulun 1-də və hətta daha tez bərpa oluna biləcəyinə əsas verir.

Onun sözlərinə görə, hazırda İspaniya hökuməti koronavirus pandemiyasının yayılması baxımından təhlükəsizlik marşrutlarının yaradılması üzərində işləyir.

Qeyd edək ki, İspaniya koronavirus pandemiyasından ən çox zərər çəkmiş ölkələrdəndir. Bu günədək ölkədə 287 mindən çox şəxs koronavirusa yoluxub, 27 128 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.