Dünya

Sevgilisindən ayrılan aparıcı intihar etdi - FOTO

4 İyun 2020 13:14
Baxış: 1 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın məşhur aparıcısı Chandana Ananthkrishna intihar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 29 yaşlı TV ulduzu beş illik sevgilisi Dineşdən ayrıldıqdan sonra belə qərara gəlib.

Chandana zəhər içməzdən əvvəl çəkdiyi videonu ailəsi, sevgilisi və bir neçə rəfiqəsinə göndərib. Aparıcı "əgər ölsəm, sevgilim o vaxt özünü rahat hiss edəcək. Mənə belə demişdi",- deyə görüntülərdə bildirib.

Daha sonra xəstəxanaya aparılan Chandananın həyatını xilas etmək mümkün olmayıb.

Polis Dineş və ailəsi haqqında intihara təşviq barəsində cinayət işi açıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.