Dünya

Yaponiya koronavirusa qarşı vaksinin hazırlanmasına 300 milyon dollar ayıracaq

5 İyun 2020 04:30
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya bütün dünya üzrə az təmin olunan əhali üçün vaksinin hazırlanması ilə məşğul olan beynəlxalq quruma 300 milyon dollar vəsait ayıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya hökuməti bu addımı vaksinlərin hazırlanması ilə məşğul olan Peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyansın (GAVI) koronovirusla mübarizəni gücləndirmək barədə çağırışına cavab olaraq atacaq.

Xatırladaq ki, Yaponiya hökuməti həmin təşkilata 100 milyon dollar ayırmağı öhdəsinə götürsə də, sonradan bu rəqəmi 200 milyon dollara qaldırmışdı.

Baş nazir Şinzo Abenin bu barədə bu gün GAVI-nin təşkil etdiyi görüşdə videomüraciətlə çıxışı zamanı bildirəcəyi gözlənilir.

Bildirilir ki, hökumət təşkili gələn ilə dəyişdirilmiş "Tokio 2020" Olimpiya və Paralimpiya Oyunlarının baş tutması üçün vaksinin hazırlanmasına və istifadəsinə çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.