Dünya

Yunanıstan hökuməti koronavirusa yoluxduğu halda turistlərin tibbi xərclərini ödəyəcək

5 İyun 2020 02:30
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan hökuməti turistlərin ölkəni ziyarət etdikdə koronavirusa yoluxduqları halda tibbi xərclərini ödəyəcəyini bəyan edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi sözçüsü Stelios Petsas bildirib. O qeyd edib ki, hökumətin əsas məqsədi ölkə vətəndaşlarının və turistlərin təhlükəsizliyini, sağlamlığını təmin etməkdir. S.Petsas diqqətə çatdırıb ki, iyunun 15-dən ölkə turistlər üçün açılır, amma buna baxmayaraq bütün təhlükəsizlik protokollarına riayət olunacaq. Koronavirus ocaqları aşkar olunan kimi xüsusi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, Yunanıstan hökuməti ölkə turizminin dirçəlməsini prioritet məsələlərə daxil edib. Hazırda adalarda və materik Yunanıstanda xəstələrin yerləşdirilməsi üçün xüsusi mobil xəstəxanaların quraşdırılması nəzərdə tutulur, tibb işçilərin artırılması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.