Dünya

İspaniyada ölüm səviyyəsi 24 faiz artıb

4 İyun 2020 11:44
Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin ilk beş ayı ərzində İspaniyada ölüm səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Milli Statistika İnstitutunun hesabatında deyilir.

Qeyd olunur ki, İspaniyada yanvarın 1-dən mayın 24-dək 225 930 min nəfər vəfat edib. Bu, 2019-cu illə müqayisədə 24,1 faiz çoxdur.

Təkcə martın 30-dan aprelin 5-dək 20 575 nəfər həyatını itirib. Bu isə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 154,6 faiz çoxdur.

Mütəxəssislər bu göstəricinin yüksək olmasını koronavirus pandemiyası ilə əlaqələndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.