Dünya

Londonda minlərlə insan küçələrə axışıb

4 İyun 2020 08:08
Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrika əsilli amerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyalarının keçirildiyi bu günlərdə minlərlə insan London şəhərinin fərqli hissələrində küçələrə axışıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Hayd Park ərazisində başlayan mitinq Baş Nazirin əyləşdiyi Dauinq Strit və Parlament binasının qarşısında davam edib. Etirazlar zamanı yollarda maşınların hərəkətində maneələr yaranıb.

Bundan öncə isə etirazlar Trafalqar meydanı ərazisində keçirilmişdi.

Qeyd edək ki, mayın 25-də Afrika əsilli amerikalı Corc Floyd polis tərəfindən öldürülüb. İnsidentlə bağlı kadrlar internetdə yayıldıqdan sonra polislərdən dördü işdən çıxarılıb, birinə isə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.