Dünya

Tramp: “Linkoln istisna olmaqla, afroamerikalılar üçün istənilən prezidentdən daha çox iş görmüşəm”

3 İyun 2020 20:05
0 Şərh     Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ tarixində Avraam Linkoln istisna olmaqla, afroamerikalılar üçün istənilən prezidentdən daha çox iş görmüşəm.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"də bildirib.

"Mən bu 3 il 6 ayda afroamerikalı əhalimiz üçün Co Baydenin 43 ildə etdiyindən daha çox iş görmüşəm. Respublikaçı prezident mərhum Avraam Linkoln istisna olmaqla, ABŞ tarixində afroamerikalılar üçün istənilən prezidentdən daha çox iş görmüşəm. Demokratlar bunu bilir, həmçinin saxta media da bundan xəbərdardır, amma onlar bunu söyləməkdən və yazmaqdan imtina edirlər, çünki onlar korrupsionerdir!" - D.Tramp qeyd edib.

ABŞ Prezidenti C. Baydenin indi xatırlamadığı Cinayət Qanununun qəbulunda iştirak etdiyini də xatırladıb.

Qeyd edək ki, Konqres tərəfindən qəbul edilən və Prezident Bill Klintonun imzaladığı 1994-cü il tarixli Cinayət Qanunu 1990-cı illərdə kütləvi şəkildə həbslərə səbəb olub. Ekspertlər bildirir ki, bu qanun daha çox həbs cəzalarına, həbsxana kameralarının artmasına və daha aqressiv polis sisteminin formalaşmasına səbəb olub. Daha tez-tez həbs olunma ehtimalı ilə üzləşən afroamerikalılar bu qanundan əziyyət çəkiblər. Bu qanunun hazırlanmasında iştirak edən əsas müəlliflərindən biri də demokrat C.Baydendir.

Xatırladaq ki, ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə qarşı keçirilən kütləvi etiraz aksiyalarında ən azı 11 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.