Dünya

Koronavirusun "super yayılması" qeydə alındı

3 İyun 2020 19:37
0 Şərh     Baxış: 1 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honkonqda koronavirus infeksiyası yaşayış məntəqəsinin bir-biri ilə kontaktda olmayan sakinlərində aşkarlanıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ölkə alimləri yaşayış məntəqələrindən birində kütləvi yoluxma faktını araşdırırlar. Əgər insanların kontakt qurmadan bir-birinə virus yoluxdurması müəyyən edilərsə, bu, infeksiyanın ilk "super yayılması" olacaq.

"Luquan Building" yaşayış binasında yaşayan iki cütlükdə koronavirus aşkarlanıb. Bir versiyaya görə, binada yaşayan ailələrdən birinin yüksək səviyyədə virus yükü, yəni ciddi simptomları və orta dərəcədən yuxarı yoluxdurma qabiliyyəti müəyyən edilib. Alimlər hesab edir ki, onlar infeksiya daşıyıcısı ola bilər.

Hökumətin məsləhətçi eksperti Syuy Şuçan qeyd edib ki, infeksiya liftin düyməsindən də yayıla bilər, yaxud da insanlar fərqli yerlərdə yoluxublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.