Dünya

Çexiya ilə Slovakiya arasında sərhədlər sabah açılır

3 İyun 2020 18:09
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 4-də Çexiya ilə Slovakiya arasında sərhədlər tam açılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sabahdan etibarən iki ölkə arasında sərnişin və yük daşımaları məhdudiyyətsiz olaraq həyata keçiriləcək.

Bu barədə Çexiyanın Baş naziri Andrey Babiş və slovakiyalı həmkarı İqor Matoviç arasında razılıq əldə olunub.

Qeyd edək ki, pandemiya müddətində hər iki ölkə sərhədləri bağlamışdı.

Bu günədək Çexiyada 9 374 nəfər koronavirusa yoluxub, 323 nəfər ölüb, 6 693 nəfər sağalıb.

Slovakiyada isə 1 525 nəfər yoluxub, 28 nəfər ölüb, 1 375 nəfər sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.