Dünya

ABŞ-da etirazlar zamanı 9 mindən çox şəxs saxlanılıb

3 İyun 2020 16:49
Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ölkə ərazisində başlayan etiraz aksiyaları zamanı 9,3 min nəfər saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu göstəriciyə görə Los-Anceles şəhəri liderlik edir. Burada 2,7 minə yaxın etirazçı saxlanılıb.

Nyu-Yorkda bu rəqəm 1,5 minə yaxın olub. Bundan başqa, Dallas, Hyuston və Filadelfiya şəhərlərinin hər birində yüzlərlə şəxs saxlanılıb.

Aksiyaların qarşısının alınması üçün 28 ştatda və Vaşinqtonda Milli Qvardiyanın 20 mindən çox əsgəri cəlb edilib.

ABŞ-ın 40-a yaxın şəhərində komendant saatı tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.