Dünya

Braziliya ordunu səfərbər edir - SƏBƏB

3 İyun 2020 14:54
0 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər büdcənin azaldılması hesabına ekologiya müfəttişliyi orqanlarının zəifləməsindən sonra Braziliya hökuməti indi ətraf mühitin müdafiəsi məqsədilə hərbiləşdirmə siyasətinə sərmayə qoyur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Amazonda yanğınlar və meşələrin qırılması barədə xəbərdarlıqların 63,7 faiz artdığını nəzərə alaraq, ölkə Prezidenti Jair Bolsonaru Silahlı Qüvvələrin bir ay ərzində cəngəlliklərin müdafiəsi üçün cəlb edilməsi barədə fərman imzalayıb. Dövlət belə tədbirləri bu il meşələrin anomal yüksək sürətlə məhv edilməsi səbəbindən həyata keçirir. Hakimiyyət orqanlarının məlumatına görə, bu vaxtadək meşələrin belə irimiqyaslı məhvi olmayıb, hərçənd meşə yanğınları mövsümü hələ başlamayıb.

"Yaşıl Braziliya-2 əməliyyatı" adı altında olan bu təşəbbüsdə 3815 əsgər, 110 yerüstü nəqliyyat vasitəsi, 20 gəmi və 12 təyyarənin iştirakı nəzərdə tutulur. Bütün bunlar 60 milyon reala (11,25 milyon dollar) başa gələcək ki, bu da əsasən ordunun maddi-texniki təminatına, həmçinin izolyasiya edilmiş rayonlarda və qabaqcıl bazalarda yerləşdirilməsinə sərf olunacaq.

Amazon dünyada ən iri tropik meşələrdir və planetdə ən yüksək biomüxtəlifliyə malikdir. Ümumi sahəsi təqribən 5,5 milyon kvadratkilometr olan bu meşələr Braziliya, Peru, Kolumbiya, Venesuela, Ekvador, Boliviya, Qayana, Surinam və Fransa Qvianası (Fransaya məxsus olan ərazi) ərazilərini əhatə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.