Dünya

Sosial şəbəkələr qaraya büründü - FOTO

3 İyun 2020 15:14
Baxış: 2 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra internet istifadəçiləri sosial şəbəkələri dəstək və həmrəylik məqsədi ilə istifadə etməyə davam edirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 2-də "Blackout Tuesday" adı altında irqi ayrıseçkilik problemi haqqında məlumatlılığın artırılması kampaniyası keçirilib.

Floydun öldürülməsindən sonra sosial şəbəkələrdə qara kvadrat şəkilləri yerləşdirilməyə başlanılıb. 

Paylaşımlar Tvitter, İnstaqram, TikTok, Yutub sosial şəbəkələrində və digər platformalarda yer alıb.

Kampaniyaya "Nike", "Reebok", "Prada", "Armani", "L`Oreal", "Estée Lauder" və s. dünyaca məşhur brendlər, eləcə də aktrisa Emma Stoun, müğənni Billi Ayliş və digər tanınmış şəxslər qoşulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.