Dünya

Afrika qitəsində koronavirusa yoluxanların sayı 150 mini ötüb

2 İyun 2020 19:49
Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrika qitəsində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 150 mini keçib.

Milli.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Afrika qitəsi üzrə Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, indiyədək qitənin 54 ölkəsində ümumilikdə 152 442 nəfər koronavirusa yoluxub, bunlardan 63 661 nəfər sağalıb, 4344 nəfər vəfat edib.  

Qeyd olunub ki, infeksiyaya yoluxma və ölüm halları daha çox Afrikanın şimalında qeyd alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.