Dünya

Yeni Atlantik qasırğalar mövsümündə 6-dan 10-dək qasırğa gözlənilir

3 İyun 2020 07:14
1 Şərh     Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 1-də Atlantik qasırğalar mövsümü başlandı. Bununla əlaqədar, federal hakimiyyət orqanlarının və Amerika ştatları administrasiyalarının nümayəndələri fövqəladə vəziyyətlərdə fəaliyyət planının yenilənmiş versiyasını dərc ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2020-ci il mövsümündə qasırğaların intensivliyinin əvvəlki illərə nisbətən bir neçə dəfə çox olacağı gözlənilir. ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin proqnozuna görə, gözlənilən 13-19 fırtınanın 70 faizi 6-dan 10-dək qasırğa əmələ gətirəcək.

Kolorado Dövlət Universitetinin Meteoroloji Proqnozlaşdırma Mərkəzi 14 tropik fırtına, 8 qasırğa və 4 şiddətli qasırğa gözləyir.

Ötən il mövsümün ən güclü fırtınası "Dorian" qasırğası olub. O, Baham adalarına və yaxınlıqdakı rayonlara böyük ziyan vurub.

Fövqəladə vəziyyətlər üzrə federal agentlik ötən həftə qasırğa mövsümünün öhdəsindən gələcəyini bəyan etmişdi. Hazırda agentliyin sərəncamında təqribən 80 milyard dollar var ki, bu da COVID-19-la mübarizəyə ayrılan vəsaiti iki dəfə üstələyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.