Dünya

Portuqaliya ölkənin turizm istiqamətində inkişafına 10 milyon avro ayırır

3 İyun 2020 07:28
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Portuqaliya turizmi" (Turismo de Portugal) dövlət orqanı turizmin inkişaf etdirilməsi və turizmə dəstək üzrə proqrama start verib. 2025-ci ilin mart ayınadək olan müddət üçün həmin proqrama 10 milyon avro ayrılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, turizm sektoru üzrə dövlət katibi Ruta Markesin sözlərinə görə, turizm sənayesinin iqtisadi aktivliyini stimullaşdıran bu layihənin bir il üçün nəzərdə tutulan pul vəsaitinin miqdarı 2,5 milyon avrodur. Proqram Portuqaliyaya gələn xarici turistlərin sayının və turizm gəlirlərinin artırılmasına dair tədbirlər planını əhatə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.