Dünya

ABŞ-ın paytaxtı Vaşinqton və Nyu Yorkda komendant saatı elan edildi

2 İyun 2020 18:19
Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın paytaxtı Vaşinqtonda və Nyu-Yorkda etirazların güclənməsi səbəbiylə küçəyə çıxmaq qadağan elan edilib.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, Vaşinqton Bələdiyyə başçısı Muriel Bovser Corc Floydun öldürülməsi ilə əlaqədar şəhərdə son iki gündür davam edən etirazlara dair mətbuat konfransı keçirib.

Bir çox iş yerinin talan edildiyini və bəzi yerlərin yandırıldığını xatırladan Bovser, "Konstitusiyanın ilk maddələrinə uyğun olaraq etirazçılar nümayişlər təşkil etmə hüququna sahibdir, ancaq bunları edərkən şəhərimizi məhv etməməlidirlər",- ifadəsini işlədib.

"Vaşinqtonda saat 19:00-dan etibarən qüvvədə olan 2 günlük komendant saatı elan edirik" deyən Bovser təhlükəsizlik qüvvələrinin şəhər daxilində ictimai asayişi təmin etməyə çalışdıqlarını vurğulayıb.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək prezident seçkiləri üçün sabah Vaşinqtonda ilkin seçki olacaq. Lakin komendant saatı seçkiqabağı müddətə təsir etməyəcək və məntəqələr səhər saat 08:00-da açılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.