Dünya

"Taliban" lideri koronavirusdan ölüb - KİV

2 İyun 2020 16:39
1 Şərh     Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Taliban" lideri Molla Heybətullah Axunzadə yeni növ koronavirus infeksiyasından (COVID-19) ölüb.

Milli.Az APA-ya isinadən xəbər verir ki, bu barədə Pakistanda olan, lakin adlarının açıqlanmasını istəməyən "Taliban" hərəkatının 3 xadimi məlumat verib. 

Onlar bildiriblər ki, Molla Heybətullah Axunzadə koronavirusdan həyatını itirib.

"Taliban" rəsmiləri H. Axunzadənin son üç ayda görünmədiyini, heç bir səs yazısının və ötən ay Ramazan bayramı mesajının yayımlanmadığını qeyd ediblər.

"Foreign Policy" nəşrinə görə, Əfqanıstan hökuməti və Qərb mənbələri də "Taliban" liderinin öldüyünü ehtimal edirlər. 

"Taliban"ın yüksək səviyyəli hərbi rəsmisi Muləvi Məhəmməd Əli Can Əhməd H. Axunzadənin COVID-19-a yoluxması xəbərini təsdiqləsə də, bildirib ki, liderləri xəstəlikdən sağalır.

Əfqanıstan hökumətindəki yüksək vəzifəli rəsmi isə vurğulayıb ki, fevral ayında ABŞ-la ikitərəfli müqavilənin imzalanmasında iştirak edən "Taliban"ın Doha (Qatar) ofisindəki bir çox başqa liderlər də COVID-19-a yoluxub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.