Dünya

Gürcüstanda virusa yoluxanların sayı 796 nəfərə çatıb

2 İyun 2020 14:20
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda son sutka ərzində koronavirusa 2 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib.

Bununla da Gürcüstanda virusa yoluxanların sayı 796 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 2508 nəfər karantində saxlanılır, 300 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 634 nəfər sağalıb, 12 nəfər isə ölüb.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.