Dünya

Gürcüstanda yeni tədris ili təxirə salına bilər

1 İyun 2020 21:20
Baxış: 1 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda koronavirus pandemiyası səbəbindən yeni tədris ilinin başlanılması təxirə salına bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze bildirib. Nazir deyib ki, Gürcüstan sentyabrda da digər ölkələr kimi COVID-19-la birgə yaşamalı olacaq.

"Biz uşaqları bu proseslərə hazırlamalıyıq ki, onlar təhsili fasiləsiz davam etdirə bilsinlər", - deyə Y.Tikaradze vurğulayıb.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze isə bildirib ki, ölkədə epidemiyanın ikinci və üçüncü dalğası mümkündür, bu səbəbdən insanlar virusla birgə yaşamağı öyrənməlidir. Biz koronavirusla birgə yaşamağı öyrənməliyik, bu, uzun müddət davam edə bilər. Pandemiyanın ikinci və üçüncü dalğası da mümkündür, bu səbəbdən bəzi məhdudiyyətlərin təkrarlanmaq ehtimalı var. Tədris prosesinin onlayn davam etdirilməsi də bura daxildir.

Xatırladaq ki, COVID-19 pandemiyası səbəbindən Gürcüstanda məktəb və universitetlər martın 2-dən tətilə buraxılıb. Gürcüstan Baş Nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası aprelin 24-də tədris müəssisələrinin açılmasının sentyabradək təxirə salınması haqqında qərar qəbul edib.

Hazırda ölkənin bir sıra universitetlərində dərslər onlayn keçilir.

Qeyd edək ki, qonşu ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.