Dünya

Rusiyada 400-dən çox jurnalist koronavirusa yoluxub

1 İyun 2020 20:39
Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada 400-dən çox jurnalist koronavirusa yoluxub. Onların çoxu xəstəliyi yüngül keçirib, beş KİV əməkdaşı isə infeksiya səbəbindən həyatını itirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Jurnalistlər Federasiyası bütün dünyada 30 ölkədən olan 60-dan çox KİV əməkdaşının COVID-19 xəstəliyindən vəfat etdiyi barədə informasiya yayıb.

Mənzil qərargahı Cenevrə şəhərində yerləşən "Press Emblem Campaign" qeyri-hökumət təşkilatı isə öz növbəsində bu ilin mart ayından indiyədək koronavirus infeksiyasından 31 ölkədən azı 117 jurnalistin öldüyünü bildirib.

Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.