Dünya

İranın səhiyyə naziri: “Belə getsə, koronavirusa məğlub olacağıq”

1 İyun 2020 19:39
Baxış: 1 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Səhiyyə naziri Səid Nəmaki ölkəsində əhalinin və rəsmilərin çoxunun COVID-19 təhlükəsinə diqqət yetirmədiklərindən gileylənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nazir bu barədə dövlət televiziyalarının birinə açıqlama verib:

"Təəssüf ki, ölkəmizdəki insanların çoxu epidemiyanın sona çatdığını düşünür. İki gün əvvəl Məşhədə getdim. Sosial məsafəyə diqqət edilmir, maska taxılmır. Üç aydır əlimizdən gələni edirik. Gördüyüm mənzərə ruhumu yaraladı".

Onun sözlərinə görə, bəzi məmurlar ona yumşaldılmalarla bağlı təsir göstərir.

"İnsanlar bilmir ki, asanliqla əvvəlki vəziyyətə qayıda bilərik. Belə getsə, koronavirusa məğlub olacağıq", - nazir əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.