Dünya

Beynəlxalq Kosmik Stansiyaya keçərkən astronavt başını əzdi - FOTO

1 İyun 2020 17:11
0 Şərh     Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "SpaceX" şirkətinə məxsus "Crew Dragon" gəmisinin komandiri, astronavt Daqlas Herli Beynəlxalq Kosmik Stansiyaya keçərkən başını əzib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu NASA-nın nümayəndəsi Stiv Stiç deyib. 

"Bəli, o, başını əzib. Orbitdə bəzən belə hallar olur", - Stiç bildirib.

O, Herlinin vəziyyətinin yaxşı olduğunu iddia edib. Bununla belə, mənbə xəbər verir ki, BKS-lə rabitə zamanı Herli əli ilə alnını tutub. Bir müddət sonra astronavta salfet uzadılıb və o, vaxtaşırı alnını silməyə başlayıb.

Lakin astronavtın alnında qan görünməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.