Dünya

Vaşinqtonda etirazlar zamanı ABŞ Məxfi xidmətinin 50-dən çox əməkdaşı xəsarət alıb

1 İyun 2020 14:43
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın paytaxtı Vaşinqtonda davam edən etiraz aksiyaları zamanı Məxfi xidmətin 50-dən çox əməkdaşı xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik qurumunun yüksək vəzifəli məmuru bildirib.

Onun sözlərinə görə, etirazçılar təhlükəsizlik qüvvələrinin üzərinə Molotov kokteylləri atıblar.

Etiraz aksiyasının qarşısının alınması üçün Məxfi xidmətlə yanaşı, federal marşallar, narkotiklə mübarizə idarəsinin əməkdaşları və Milli Qvardiya cəlb olunub.

Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.