Dünya

Ermənistanda koronavirusdan ölənlərin sayı 139 nəfərə çatıb

1 İyun 2020 13:10
0 Şərh     Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda koronavirusa yoluxanların sayı 9 492 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 210 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 139 nəfər koronavirusdan ölüb, 5 861 nəfərin müalicəsi isə davam edir.

Xatırladaq ki, ölkənin baş naziri Nikol Paşinyan da koronavirusa yoluxub.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.