Dünya

Bu ölkədə koronavirusa yoluxan və vəziyyəti ağır olan xəstələrin 40 faizinin yaşı 60-dan aşağıdır

1 İyun 2020 13:21
0 Şərh     Baxış: 1 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrədə yeni növ koronavirusa yoluxan və xəstəxanaların intensiv terapiya (reanimasiya) şöbələrində müalicə almalı olan xəstələrin 40 faizinin yaşı 60-dan aşağıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı İsveçrə İntensiv Terapiya Cəmiyyəti İsveçrə Teleradiosuna (SRF) verib. Məlumatda, həmçinin qeyd edilir ki, intensiv təbabət şöbələrində müalicə alan xəstələrin üçdəbirinin əvvəllər heç bir xroniki xəstəlikdən əziyyət çəkməyiblər.

Təşkilatın bu araşdırması cəmiyyətdə əsasən yaşlı və ya xroniki xəstəliyi olan şəxslərin COVID-19-a yoluxması barədə fikirləri sual altına qoyub. Sürix Universiteti Xəstəxanasının həkimi Peter Ştayqer bildirib ki, intensiv terapiya şöbələrində müalicə alan xəstələrin altıdabirinin yaşı 50-dən aşağı olub. Bu pasiyentlərin xəstəliyi ağır formada keçirmələri cəmiyyətdə də həmin mövzuya yanaşmanın dəyişməli olduğunu göstərir. Mütəxəssis qeyd edib ki, müvafiq sosial məsafə və gigiyena tədbirlərinə riayət olunmasına təkcə yaşlı nəsil deyil, əhalinin bütün təbəqələri ciddi yanaşmalıdır.

Statistik araşdırmanın nəticələrinə görə, yaşı 60-dək olan pasiyentləri COVID-19 xəstəliyini ağır keçirsələr də, onlar arasında ölüm halları aşağı olub.

Qeyd edilib ki, intensiv terapiya şöbələrində müalicə almış pasiyentlərin 3,5 faizi 30-40 yaş arasında, 10,7 faizi 40-50 yaş arasında, 24,3 faizi isə 50-60 yaş arasında olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.