Dünya

Koronavirusla bağlı SON STATİSTİKA

1 İyun 2020 10:36
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada 6 267 408 nəfər koronavirusa yoluxub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, virusa yoluxanların 373 961-i ölüb, 2 847 541-i sağalıb.

Koronavirusa yoluxma ən çox ABŞ (1 837 170 nəfər), Braziliya (514 992 nəfər), Rusiyada (405 843 nəfər) müşahidə olunur.

Azərbaycanın sərhəd qonşuları Türkiyədə 163 942 yoluxma, 4 540 ölüm, 127 973 sağalma, İranda 151 466 yoluxma, 7 797 ölüm, 118, 848 sağalma, Ermənistanda 9 282 yoluxma, 131 ölüm, 3 386 sağalma və nəhayət, Gürcüstanda 783 yoluxma, 12 ölüm, 605 sağalma qeydə alınıb.

Bu dövlətlərin heç biri göstəricilərinə görə ilk onluğa daxil deyil.

Azərbaycanda koronavirus 5 494 nəfərdə aşkar edilib. Virusa yoluxanlardan 63-ü ölüb, 3 428-i sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.