Dünya

Türkiyəli aktyorun evində 35 minlik oğurluq

1 İyun 2020 09:41
0 Şərh     Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin tanınmış aktyoru Sercan Badur oğurluq hadisəsi ilə qarşılaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin İstanbuldakı evindən nişan üzüyü daxil olmaqla 35 min lirəlik zinət əşyası oğurlanıb. Aktyor Levent Polis Şöbəsinə gedərək, yataq otağının talan edildiyini deyib.

Badur 7 lüks saat, 1 telefon və qızıldan hazırlanan nişan üzüyünün oğurlandığını bildirib.

Sercan küçədəki təhlükəsizlik kameralarına baxdığını, naməlum şəxslərin mənzilə 19:45-də daxil olduğunu söyləyib.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.