Dünya

İranda koronavirusa yoluxanların sayı 150 mini keçdi

31 May 2020 17:12
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən sutka ərzində daha 2 516 nəfər koronavirusa (COVID19) yoluxması ilə bu virusa yoluxanların sayı 151 466 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, virus daşıyıcılarından 2 527 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Cahanpur əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 63 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 7 797 nəfərə yüksəlib.

Nazirlik rəsmisi ölkədə indiyədək 118 848 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 935 mindən çox test həyata keçirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.