Dünya

İndianapolisdə etirazlar zamanı bir nəfər öldü

31 May 2020 11:30
0 Şərh     Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afroamerikalı Corc Floydun ölümü ilə bağlı ABŞ-ın İndianapolis şəhərində davam edən etiraz aksiyası zamanı bir nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmin şəxs odlu silahdan açılan atəş nəticəsində ölüb. Daha 3 nəfər isə güllə yarası alıb.

Aksiya zamanı polis əməkdaşının yaralandığı deyilir. Həmin insidentlə bağlı araşdırma aparılır.

Bundan başqa, Denver şəhərində naməlun şəxs avtomobili polis maşınının üstünə sürüb.

Hadisə nəticəsində 3 polis əməkdaşı və bir mülki şəxs xəsarət alıb. Hadisəni törədən şəxs bölgədən uzaqlaşıb.

Qeyd edək ki, Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.